...

"AtaBank" ASC-nin dəstəyi ilə "Nə? Harada? Nə zaman?" oyunu üzrə Azərbaycan kubokunun finalı keçirilib (FOTO)

Cəmiyyət Materials 29 Oktyabr 2012 16:28 (UTC +04:00)
Oktyabrın 28-də "AtaBank" ASC-nin dəstəyi və Atəşgah İntellektual Oyunlar Klubu, Xəzər İntellektual Gənclər Klubu və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə "Nə? Harada? Nə zaman?" oyunu üzrə Azərbaycan kubokunun final oyunu keçirilib.
"AtaBank" ASC-nin dəstəyi ilə "Nə? Harada? Nə zaman?" oyunu üzrə Azərbaycan kubokunun finalı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Oktyabrın 28-də "AtaBank" ASC-nin dəstəyi və Atəşgah İntellektual Oyunlar Klubu, Xəzər İntellektual Gənclər Klubu və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə "Nə? Harada? Nə zaman?" oyunu üzrə Azərbaycan kubokunun final oyunu keçirilib.

Azərbaycan intellektual oyunlar hərəkatının peşəkarlarından ibarət 16 komanda Azərbaycan kubokunda mübarizə aparıblar. Finalda qalib gələn komanda Azərbaycan kubokuna sahib olaraq medallar və hədiyyələrlə mükafatlandırılıb.

"AtaBank" ASC idarə heyəti sədrinin birinci müavini Müseyib Əliyev tədbirlə bağlı bildirib: "Biz gənclərin şəxsiyyət kimi inkişaf etmələrinə, birlik və bilik duyğularının gücləndirilməsinə, mədəniyyət dəyərlərimizin mənimsənilməsinə, həmçinin savadlı bir gənclik yetişdirilməsinə xidmət edən layihələri daim dəstəkləyirik. Gənclər ölkəmizin sabahının təminatıdır. Elə bu gün, həm də əvvəllər keçirdiyimiz layihələrin digər bir əhəmiyyəti budur ki, uşaqlarımız və gənclərimiz boş zamanlarında ruhən sağlam və yeni bacarıqlara sahib olurlar. Eyni zamanda, bu cür tədbirlər oyunçuların gələcəkdə müxtəlif beynəlxalq intellektual yarışlarda iştirak edərək yüksək nəticələr əldə etmələrinə öz müsbət təsirini göstərəcək".

Turnirin sonunda qalib komandalara diplom və hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkilib.

Xatırladaq ki, "AtaBank" ASC 1993-cü ildən fəaliyyət göstərir və hazırda Azərbaycanın ən böyük kommersiya təşkilatlarından biridir. Korporativ və fərdi müştərilərə tam xidmətlər kompleksini təqdim edən "AtaBank" yüksək texnologiyalı universal bank sayılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti