...

Bakıda qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 26 əcnəbi məsuliyyətə cəlb edilib

Cəmiyyət Materials 5 Noyabr 2012 14:29 (UTC +04:00)
Həmin şəxslər barəsində inzibati qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq qərarlar qəbul edilib.
Bakıda qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 26 əcnəbi məsuliyyətə cəlb edilib

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Ötən həftə Bakı ərazisində qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 26 əcnəbi aşkar edilib.

Dövlət Miqrasiya Xidmətindən Trend-ə verilən məlumata görə, oktyabrın 29-dan noyabrın 3-dək Xidmət tərəfindən Bakı şəhəri ərazisində qanunsuz miqrasiyaya qarşı keçirilən müvafiq tədbirlər nəticəsində Azərbaycan qanunvericiliyinin tələblərinə zidd olaraq fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilmiş, eyni zamanda ölkədə olma və yaşama qaydalarını pozmuş 26 əcnəbi aşkar edilib.

Həmin şəxslər barəsində inzibati qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq qərarlar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti