...

Bakıda informasiyanın əldə edilməsi ilə bağlı beynəlxalq seminar keçiriləcək

Cəmiyyət Materials 10 Noyabr 2012 11:15 (UTC +04:00)
Noyabrın 12-13-də Bakıda mətbuat nümayəndələri üçün informasiyanın əldə edilməsi ilə bağlı beynəlxalq seminar keçiriləcək.
Bakıda informasiyanın əldə edilməsi ilə bağlı beynəlxalq seminar keçiriləcək

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir M.Əliyev/

Noyabrın 12-13-də Bakıda mətbuat nümayəndələri üçün informasiyanın əldə edilməsi ilə bağlı beynəlxalq seminar keçiriləcək. Trend-in məlumatına grə, bu barədə jurnalistlərə açıqlamasında ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç bildirib.

O qeyd edib ki, bu cür tədbirlər gələcəkdə də davam edəcək.

"Bütün bunlar Azərbaycan dövləti və Mətbuat Şurası, eyni zamanda, müstəqil media tərəfindən dəstəklənir. Mənim təmsil etdiyim qurum bu kimi tədbirlərə dəstək verməyə hazırdır. Çünki sonda bu cür tədbirlərin müsbət nəticəsi Azərbaycan cəmiyyəti üçün xeyirli və vacibdir", - xanım Miyatoviç deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti