...

“Təmiz Şəhər” ASC Bakı qəsəbələrində məktəblilər üçün maarifləndirmə tədbirləri keçirir (FOTO)

Cəmiyyət Materials 13 Noyabr 2012 10:39 (UTC +04:00)
Ekoloji maarifləndirmənin erkən yaşlardan başlamasının əhəmiyyətini nəzərə alaraq “Təmiz Şəhər” ASC mütəmadi olaraq məktəblərdə maarifləndirmə tədbirləri keçirir.
“Təmiz Şəhər” ASC Bakı qəsəbələrində məktəblilər üçün
maarifləndirmə tədbirləri keçirir (FOTO)

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

Ekoloji maarifləndirmənin erkən yaşlardan başlamasının əhəmiyyətini nəzərə alaraq "Təmiz Şəhər" ASC mütəmadi olaraq məktəblərdə maarifləndirmə tədbirləri keçirir.

ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Təmiz Şəhər" ASC Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qala qəsəbəsində həyata keçirilən "Təmiz Qala" tullantıların çeşidlənməsi layihəsi çərçivəsində sentyabr-noyabr ayları ərzində Qala, Şüvəlan, Türkan, Zirə qəsəbələrinin orta məktəb şagirdləri üçün bir sıra seminarlar təşkil edib. Maarifləndirici seminarlarda 8-9-cu sinif şagirdlərinə ilk öncə tullantıların mənşəyi, növləri, onları ətraf mühitə təsiri və onların çeşidlənməsi və düzgün şəkildə zərərsizləşdirilməsi haqqında qısa məlumat verilib.

Həmçinin ekspertlər - İqtisadi Araşdırmalar Mərkəzi və "Təbiət və Həyat" İctimai Birliyinin nümayəndələri şagirdlərə ətraflı şəkildə müxtəlif tullantı növlərinin təbiətə vurduğu zərər, əhali tərəfindən onlarla düzgün rəftar etmə qaydaları və tullantıların düzgün şəkildə zərərsizləşdirilməsi nəticəsində ətraf mühitin qorunması ilə yanaşı təbii resurslara qənaət olunması haqqında məlumatlandırıblar. Ekspertlər məktəblilərin suallarını cavablandırdıqdan sonra tullantıların çeşidlənməməsinin səbəbləri haqqında şagirdlərlə müzakirələr aparıblar.

Şagirdlərə əldə etdikləri bilikləri tətbiq etməyə təşviq etmək məqsədilə əyani maarifləndirici vəsaitlər, loqotipli maykalar və dəftərxana ləvazimatları paylanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti