...

Bakı məktəblərində "Azərbaycan tarixi" aylığının keçirilməsinə başlanılır

Cəmiyyət Materials 26 Noyabr 2012 11:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Bu gündən Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyindəki ümumtəhsil məktəblərində "Azərbaycan tarixi " aylığının keçirilməsinə başlayacaq.

İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı bazar ertəsi Trend-ə bildirib ki, aylıq dekabrın 25-də yekunlaşacaq. Aylığın məqsədi ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi, fənn müəllimlərinin, şagirdlərin, dərnək rəhbərlərinin tədris prosesində və sinifdənxaric tədbirlərdə yaradıcı fəaliyyətinin səviyyəsinin öyrənilməsi və təbliği, eləcə də hər bir fənn üzrə sinifdənxaric tədbirlərin təşkilidir.

"Tariximiz - dünənimiz, bu günümüz və gələcəyimizdir" adlı Azərbaycan tarixi aylığının yüksək səviyyədə təşkili, məktəblər üzrə fəaliyyətin koordinasiya edilməsi, aylığın yekunlaşdırılması məqsədilə Təşkilat Komitəsi yaradılıb. Aylıq fəal təlim əsasında qurulmuş ən yaxşı dərs layihəsi və ya metodik tövsiyə, ən yaxşı metodik iş sistemi olan məktəb, ən yaxşı "Açıq dərs", şagirdlərin Azərbaycan tarixi fənnindən ay ərzində keçilən mövzulara aid ən yaxşı yaradıcı işləri (referat, məqalə və.s.) nominasiyaları üzrə keçiriləcək. Azərbaycan tarixi fənn aylığında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin müəllimləri və VII-XI sinif şagirdləri iştirak edə bilər.

Aylıq 3 mərhələdə keçirilir. Aylığın yekun tədbirində qaliblər mükafatlandırılacaq. Aylıq çərçivəsində ölkənin tanınmış tarixçilərinin, tarix kitablarının müəlliflərinin və tarix müəllimlərinin iştirakı ilə "Ümumtəhsil müəssisələrində Azərbaycan tarixi necə tədris olunur?" mövzusunda tədbir də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti