...

Yaxın iki gündə Azərbaycanda sabit hava şəraiti davam edəcək

Cəmiyyət Materials 28 Noyabr 2012 14:10 (UTC +04:00)
Noyabrın 29-30-da ölkə ərazisində hava şəraitinin nisbətən sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Yaxın iki gündə Azərbaycanda sabit hava şəraiti davam edəcək

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Noyabrın 29-30-da ölkə ərazisində hava şəraitinin nisbətən sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 29-da hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 6-10, gündüz 11-16 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında noyabrın 29-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 11-16, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti