...

Azərbaycanın mədəniyyət və turizm naziri Albaniyada rəsmi səfərdə olub

Cəmiyyət Materials 30 Noyabr 2012 12:00 (UTC +04:00)
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Albaniyanın müstəqilliyinin 100-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə iştirak etmək məqsədilə Tiranada rəsmi səfərdə olub.
Azərbaycanın mədəniyyət və turizm naziri Albaniyada rəsmi səfərdə olub

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Albaniyanın müstəqilliyinin 100-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə iştirak etmək məqsədilə Tiranada rəsmi səfərdə olub.

Azərbaycanın Albaniyadakı səfirliyindən cümə günü Trend-ə verilən məlumata görə, səfər zamanı nazir Albaniyanın turizm, mədəniyyət, gənclər və idman naziri Aldo Bumçi ilə görüşüb.

Görüşdə Azərbaycan və Albaniya arasında mədəniyyət və tuzim sahəsində ikitərəli münasibətlərin hazırkı durumu və perspektivləri müzakirə edilib. Görüşdən sonra "Azərbaycan Respubikasının Mədəniyyət və Tuzim Nazirliyi və Albaniya Respublikasının Turizm, Mədəniyyət, Gənclər və İdman Nazirliyi arasında mədəniyyət və turizm sahələrində əməkdalıq haqqında" Saziş imzalanıb.

Qarayevi Albaniyanın Baş naziri Sali Berişa da qəbul edib. Görüş zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişafından razılığını bildirən Baş nazir Albaniyanın müstəqilliyinin 100-cü ildönümü ilə əlaqədar keçirilən tədbirdə Azərbaycanın yüksək səviyyəli nümayəndə ilə təmsil olunmasına görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti