...

Ədliyyə orqanlarına qəbul üçün dekabrın 26-da imtahan keçiriləcək

Cəmiyyət Materials 17 Dekabr 2012 16:59 (UTC +04:00)
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar cari ilin oktyabr ayının ortasından başlanmış sənəd qəbulu dekabr ayının 20-də başa çatır.
Ədliyyə orqanlarına qəbul üçün dekabrın 26-da imtahan keçiriləcək

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Ədliyyə orqanlarında işləmək üçün sənəd verən namizədlər dekabrın 26-da imtahan verəcək.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar cari ilin oktyabr ayının ortasından başlanmış sənəd qəbulu dekabr ayının 20-də başa çatır.

Müsabiqənin test imtahanı bütün namizədlər üçün vahid auditoriyada - Azərbaycan Texniki Universitetinin idman sarayında keçiriləcək.

Yeni qaydalara əsasən, test imtahanının yekununa görə 60 və daha artıq bal toplamış namizədlər uğur qazanmış hesab olunur. Həmin namizədlərin digər sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə - söhbətə buraxılacaqlar.

Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni dekabr ayının 24-dən etibarən şəxsiyyət vəsiqəsini təqdim etməklə səhər saat 09:00-dan axşam saat 18:00-dək Ədliyyə Nazirliyinin inzibati binasında götürməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti