...

Azərbaycan yol polisi sürücülərə müraciət edib

Cəmiyyət Materials 8 Yanvar 2013 10:26 (UTC +04:00)
Azərbaycan yol polisi proqnozlaşdırılan qarlı-şaxtalı hava şəraiti ilə bağlı sürücüləri diqqətli olmağa çağırıb.
Azərbaycan yol polisi sürücülərə müraciət edib

Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan yol polisi proqnozlaşdırılan qarlı-şaxtalı hava şəraiti ilə bağlı sürücüləri diqqətli olmağa çağırıb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə bildirilib ki, qarlı-buzlu hava şəraitində sürücülər təkərlərdə təzyiqin normadan aşağı olmasına fikir verməlidirlər və mövsümi təkərlərin olması vacib şərtdir. Avtomobil əyləc sistemindən mümkün qədər istifadə etməməklə sürət qutusunun köməyi ilə hərəkətə gətirilməlidir.

Müraciətdə sürücülərə avtomobili yüksək sürətlə idarə etməmək, şüşəsiləni işlək olmayan avtomobillərlə yola çıxmamaq, ətrafdakıları yağış suları ilə islatmamaq tövsiyə edilib.

Məlumata görə, avtomobil şinləri protektorundakı naxışların qalmış hündürlüyü müəyyən olunmuş normalara cavab verməlidir. Normalara görə, minik avtomobilləri üçün şinlərin protektorlarındakı naxışların qalmış hündürlüyü 1,6 mm, yük avtomobillərində 1 mm, avtobuslarda 2 mm, motosiklet və mopedlərdə isə 0,8 mm-dən az olmamalıdır. Həmçinin eyni ox üzrə müxtəlif naxışlı şinlərdən istifadə olunmamalıdır.

Qeyd edək ki, Azərbaycan sinoptikləri bu gündən havanın kəskin dəyişəcəyi barədə xəbərdarlıq edib. Yanvarın 8-i axşamdan başlayaraq, yanvarın 9-u və 10-da havanın temperaturu 5-10 dərəcə enəcək, axşam saatlarında şaxta olacaq, sulu qar və qar yağacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti