...

Azərbaycanda stasionar müəssisələrin fəaliyyəti qiymətləndiriləcək

Cəmiyyət Materials 18 Yanvar 2013 15:35 (UTC +04:00)
Azərbaycanda ölkə səviyyəsində stasionarların fəaliyyətinin davamlı monitorinq və qiymətləndirilməsinin həyata keçirilməsi, o cümlədən beynəlxalq miqyasda xəstələnmə, ölüm halları və cərrahi əməliyyatlar üzrə müqayisəli təhlillərin aparılması mümkün olacaq.
Azərbaycanda stasionar müəssisələrin fəaliyyəti qiymətləndiriləcək

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda ölkə səviyyəsində stasionarların fəaliyyətinin davamlı monitorinq və qiymətləndirilməsinin həyata keçirilməsi, o cümlədən beynəlxalq miqyasda xəstələnmə, ölüm halları və cərrahi əməliyyatlar üzrə müqayisəli təhlillərin aparılması mümkün olacaq.

Səhiyyə Nazirliyindən cümə günü Trend-ə verilən məlumata görə, nazir Oqtay Şirəliyevin "Stasionarların fəaliyyətinə elektron nəzarət sisteminin tətbiqi barədə" 2011-ci il noyabrın 22-də verdiyi əmrə uyğun olaraq, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən hazırlanmış Xəstəliklərin Beynəlxalq Təsnifatının (XBT) 9-cu baxışı üzrə kliniki modifikasiya və XBT-nın 10-cu baxışı Azərbaycan dilinə tərcümə olunub. Yeni sənəd Azərbaycanda bütün xəstələnmə və ölüm hallarının, habelə cərrahi əməliyyatların beynəlxalq təsnifata uyğun kodlaşdırılmasına da imkan verəcək.

Həmin sənəd müvafiq stasionar müəssisələrə paylanacaq.

Stasionarların fəaliyyətinə dair məlumatların kodlaşdırılması və elektron qaydada məlumat bazasına daxil edilməsi üçün zəruri hesab edilən bu təsnifatlar üzrə bütün stasionar müəssisələrin həkimlərə bu ilin fevral-mart aylarında təlimlər keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti