...

Ankarada 20 Yanvar faciəsi ilə bağlı konfrans və foto-sərgi təşkil olunub (FOTO)

Cəmiyyət Materials 19 Yanvar 2013 02:07 (UTC +04:00)
20 Yanvar Ümummilli Hüzn günü münasibətilə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyinin təşkil etdiyi silsilə tədbirlər çərçivəsin cümə günü səfirlikdə geniştərkibli konfrans və foto-sərgi təşkil olunub
Ankarada 20 Yanvar faciəsi ilə bağlı konfrans və foto-sərgi təşkil olunub (FOTO)

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

20 Yanvar Ümummilli Hüzn günü münasibətilə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyinin təşkil etdiyi silsilə tədbirlər çərçivəsin cümə günü səfirlikdə geniştərkibli konfrans və foto-sərgi təşkil olunub.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun Sədri Necdet Ünüvar başda olmaqla Türkiyənin çox sayda millət vəkilləri, AMEA-nın Tarix İnstitutunun Müdiri və millət vəkili Professor Yaqub Mahmudov, Türkiyənin sabiq Maliyyə Naziri Sümer Oral, Türkdilli Ölkələrin Mədəniyyət Təşkilatı TÜRKSOY-un Baş Katibi Düsen Kaseinov, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, çox sayda elm və incəsənət xadimləri, diaspor, ictimaiyyət və KİV nümayəndələri ilə yanaşı, Ankarada təhsil alan tələbə və müdavimlərimiz iştirak etmişlər.

Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamış, ilk olaraq iştirakçılara qanlı yanvar hadisələri ilə bağlı müfəssəl sənədli film nümayiş etdirilmişdir.

Ardından, Səfir Faiq Bağırov, AMEA-nın Tarix İnstitutunun Müdiri Professor Yaqub Mahmudov, MHP millət vəkili Professor Yusuf Halaçoğlu, AKP millət vəkili Professor Necdet Ünüvar, tələbə və müdavimlərimizin təmsilçiləri, eləcə də diaspor nümayəndələrimiz həyata keçirdikləri çıxışlarında 1990-cı ilin yanar hadisələri ilə bağlı fikirlərini auditoriya ilə bölüşmüşlər.

Tədbir iştirakçıları qanlı yanvar hadisələri ilə bağlı təşkil olunmuş sərgini gəzmişlər. İştirakçılara "İrs-Miras" jurnalı təqdim olunmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti