...

ANAMA ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında əməkdaşlıq sazişi imzalanacaq

Cəmiyyət Materials 23 Yanvar 2013 15:57 (UTC +04:00)
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) ilə Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) arasında əməkdaşlıq sazişinin imzalanmasına həsr olunmuş rəsmi tədbir keçiriləcək.
ANAMA ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında əməkdaşlıq sazişi imzalanacaq

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir İ.İzzət/

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) ilə Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) arasında əməkdaşlıq sazişinin imzalanmasına həsr olunmuş rəsmi tədbir keçiriləcək.

ANAMA-dan Trend-ə verilən məlumata görə, imzalanma mərasimi yanvarın 25-də baş tutacaq.

Qeyd edək ki, 2007-ci ildən etibarən BMqT ilə ANAMA minadan zərərçəkənlərə yardım sahəsində sıx əməkdaşlıq edir. Belə ki, ANAMA və BMqT "Azərbaycanda minadan zərərçəkənlər üçün sosial-iqtisadi reinteqrasiya" proqramını 2007-2012-ci illər ərzində uğurla həyata keçirib. Bu Layihə Avstriya İnkişaf Agentliyi, Beynəlxalq Etimad Fondu, Sloveniya, Koreya, Bakı "Rotary Club" və digər donorlar tərəfindən maliyyələşdirilib.

190 minadan zərərçəkən üçün kiçik biznes təlimlərinin öyrədilməsi və idarə edilməsi üzrə "Azərbaycanda minadan zərərçəkənlər üçün sosial-iqtisadi reinteqrasiya" proqramı uğurla həyata keçirilib. Təlimləri uğurla bitirən və layihə təklifi hazırlayan 140 minadan zərərçəkən davamlı gəlir fəaliyyətini genişləndirmək imkanı əldə etmələri üçün mikrokreditlə təmin edilib.

Əməkdaşlıq sazişinin bağlanması ilə ANAMA və BMqT mina aksiyası üzrə həyata keçirilən əlaqələri rəsmiləşdirəcək. Sazişə əsasən, tərəflərin milli və beynəlxalq səviyyədə mina aksiyası ayrılıqda bir fəaliyyət kimi - toplanmış sursatların məhv edilməsi, minatəmizləmə, minadan zərərçəkənlərə yardım, reabilitasiya və reinteqrasiya, məlumatlandırma, mina təhlükəsinə dair maarifləndirmə; mina aksiyasının daha geniş inkişaf layihələri və proqramlarına inteqrasiyası - sülh quruculuğu və dəstək, humanitar yardım, münaqişədən sonra yenidənqurma, inkişaf sahələri üzrə qarşılıqlı əməkdaşlıq etmələri nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti