...

"Çto? Qde? Koqda?" bu dəfə Unibank-da (FOTO)

Cəmiyyət Materials 28 Yanvar 2013 17:30 (UTC +04:00)
Unibank-ın əməkdaşları və partnyorları arasında "Çto? Qde? Koqda?" intellektual yarışması keçirilib. 40 komandanın qatıldığı yarışmada komandalar 60 sualı cavablandırıblar.
"Çto? Qde? Koqda?" bu dəfə Unibank-da (FOTO)

Azərbaycan, Bakı, 28 yanvar /Trend/

Unibank-ın əməkdaşları və partnyorları arasında "Çto? Qde? Koqda?" intellektual yarışması keçirilib. 40 komandanın qatıldığı yarışmada komandalar 60 sualı cavablandırıblar. İştirakçı komandalardan 31-i Unibank-ın əməkdaşları, 9-u isə partnyor şirkətlərin nümayəndələrindən ibarət olub.

İntellektual yarışmaya Unbank-ın baş ofisi ilə yanaşı, bütün paytaxt və bölgə filiallarının əməkdaşları qatılıb. Partnyor şirkətlərdən isə Embawood, DNS, Arçelik, Ideal, Romantic, World Telecom, Business Insight, Atəşgah və Milli Kart öz komandaları ilə yarışmada iştirak ediblər. Oyunun suallarını, bu məhşur oyunun baş prodüsseri olan Balaş Qasımovun komandası hazırlayıb.

Unibank-ın əməkdaşları ilə tərəfdaşlarını bir araya gətirən yarışmada həyəcanlı anlar yaşanıb. Əsas məqsədin bilikləri yoxlamaq deyil, əməkdaşlı-tərəfdaşlı "Unibank" ailəsinə intellektli-əyləncəli bir gün yaşatmaq olduğu hədəflənən tədbirin sonunda sualları düzgün cavablandıran 3 komanda qalib seçilib.

Xal hesabına görə Unibank-ın ən fəal tərəfdaşlarından olan "Romantic" geyim mağazaları şəbəkəsinin komandası 1-ci yeri tutub. Üçlüyün digər qalibləri isə Unibank-ın əməkdaşları olub. "Maliyyə" komandası 2-ci, "Marketinq" komandası isə 3-cü yeri qazanıblar. Qaliblər oyunun kubokları və digər hədiyyələrlə mükafatlandırılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti