...

2012-ci ildə “Azərsu” ASC-nin xidmət göstərdiyi abunəçilərin sayı 4 faiz artıb

Cəmiyyət Materials 1 Fevral 2013 11:39 (UTC +04:00)
2012-ci ildə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin xidmət göstərdiyi abunəçilərin sayı 53 min abunəçi və ya 4 faiz artıb.
2012-ci ildə “Azərsu” ASC-nin xidmət göstərdiyi abunəçilərin sayı 4 faiz artıb

Azərbaycan, Bakı, 1 fevral /Trend/

2012-ci ildə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin xidmət göstərdiyi abunəçilərin sayı 53 min abunəçi və ya 4 faiz artıb.

ASC-dən Trend-ə verilən məlumata görə, 1 yanvar 2013-cü il tarixinə olan məlumata görə, ölkə üzrə 1138044 abunəçi su və kanalizasiya xidmətlərinin istifadəçisi kimi qeydiyyata alınıb.

İstehlakçıların 96 faizini əhali, 4 faizini isə qeyri-əhali qrupu abunəçiləri təşkil edir. 2012-ci ildə abunəçi sayında artım nəzarət tədbirlərinin gücləndirilməsi, qeyri-qanuni qoşulmaların rəsmiləşdirilməsi, həmçinin yeni abunəçilərin qeydiyyata alınması hesabına baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti