...

Azərbaycanın regionlarında 500-dən çox ürək əməliyyatları keçirilib

Cəmiyyət Materials 16 Fevral 2013 15:24 (UTC +04:00)
Azərbaycanın regionlarında beş ildə 500-dən çox ürək əməliyyatları keçirilib.
Azərbaycanın regionlarında 500-dən çox ürək əməliyyatları keçirilib

Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycanın regionlarında beş ildə 500-dən çox ürək əməliyyatları keçirilib. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İctimai Birliyinin sədri, ürək-damar cərrahı Rəşad Mahmudov deyib.

O bildirib ki, 2006-cı ildən başlayaraq regionlarda da ürək əməliyyatları həyata keçirilir. Əməliyyat olunan insanların 20 faizə qədəri anadangəlmə ürək qüsurlu insanlar olub. Mahmudov qeyd edib ki, bu gün Azərbaycanda ürəyində 6-7 qüsuru olan insanlar belə uğurla əməliyyat olunur. Onun sözlərinə görə, ürək əməliyyatlarında xarici mütəxəssislər də cəlb olunur və onlar yerli kadrların ixtisaslaşmasına öz töhfələrini verirlər: "Ümumiyyətlə Azərbaycanda maddi cəhətdən imkansız ailələrin ürək-qüsurlu uşaqların əməliyyat olunmasına Heydər Əliyev Fondu tərəfindən də vəsait ayrılır və bundan sonra da iş davam etdiriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti