...

Azərbaycanda sürüşmə zonalarının sayının artmasının səbəbi açıqlandı

Cəmiyyət Materials 19 Fevral 2013 14:37 (UTC +04:00)
Azərbaycanda sürüşmə zonalarının sayı antropogen amillərin nəticəsində artır.
Azərbaycanda sürüşmə zonalarının sayının artmasının səbəbi açıqlandı

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda sürüşmə zonalarının sayı antropogen amillərin nəticəsində artır.

Trend-in məlumatına görə, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov çərşənbə günü jurnalistlərə deyib ki, yağışlı, rütubətli mövsümlərdə sürüşmə ərazilərində fəallıq artır. Ancaq burada digər məsələ insan amilidir.

Bağırov deyib ki, insanlar bəzən onlara verilən pay torpaqlarında da tikinti işləri aparırlar. Bu zaman isə yamacların dayanıqlığını azaldırlar.

"Bunun da nəticəsində süni surətdə, antropogen amillər nəticəsində sürüşmə zonalarının sayı artır. Bu, əsas məsələdir", - nazir deyib.

O qeyd edib ki, belə hallara qarşı tam effektiv nəzarət etmək mümkün deyil. Nazir qeyd edib ki, mövcud qanunlar belə halların qarşısını almaq üçün yetərlidir.

"Qanun bunu qadağan edir. Əgər bələdiyyələr və digər yerli orqanlar buna icazə verirlərsə, göz yumurlarsa, bu, qanun pozuntusudur. Qanunları yerinə yetirmək lazımdır", - Bağırov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti