...

Səfir ABŞ təhsil proqramlarının məzunlarının görüşündə iştirak edib

Cəmiyyət Materials 28 Fevral 2013 10:11 (UTC +04:00)
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar ABŞ təhsil proqramlarının məzunlarının illik görüşündə iştirak edib.
Səfir ABŞ təhsil proqramlarının məzunlarının görüşündə iştirak edib

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir E.Mehdiyev/

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar ABŞ təhsil proqramlarının məzunlarının illik görüşündə iştirak edib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən səfir mübadilə proqramlarının əhəmiyyətindən danışıb.

Diplomat qeyd edib ki, ABŞ təhsil proqramlarının azərbaycanlı məzunları iki ölkə arasında əməkdaşlıq qurulmasında vacib rol oynayır.

O qeyd edib ki, məzunlar cəmiyyətin müxtəlif sahələrində iştirak edirlər və gələcək liderlərin hazırlanması baxımından öz töhfələrini verirlər.

Səfir bildirib ki, aprel ayında ABŞ təhsilli məzunların ilk ümumi toplantısı keçiriləcək.

Sonra səfir proqramlardan birinin məzunu olan Sevinc Məmmədovaya Dövlət Departamentinin sertifikatını təqdim edib. Məmmədova ABŞ Dövlət Departamenti tərəfindən "Ayın məzunu" seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti