...

Azərbaycanda istehlak kreditlərinin faiz dərəcələrinin aşağı salınacağı gözlənilir

Cəmiyyət Materials 14 Mart 2013 14:22 (UTC +04:00)
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə cümə axşamı Trend-ə bildirib ki, istehlak kreditlərinin faiz dərəcələrinin aşağı salınması, bu bazarın tənzimlənməsi istiqamətində işlər aparılır.
Azərbaycanda istehlak kreditlərinin faiz dərəcələrinin aşağı salınacağı gözlənilir

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir M.Əliyev /

Azərbaycanda istehlak kreditlərinin faiz dərəcələrinin aşağı salınması ilə bağlı addımların atılacağı gözlənilir.

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə cümə axşamı Trend-ə bildirib ki, istehlak kreditlərinin faiz dərəcələrinin aşağı salınması, bu bazarın tənzimlənməsi istiqaməində işlər aparılır.

Onun sözlərinə görə, istehlak kreditlərinin faiz dərəcələri ilə bağlı bu sahənin mütəxəsisləri ilə birlikdə geniş ictimai dinləmənin keçirilməsi planlaşdırılır.

Səmədzadə həmçinin qeyd edib ki, "Rəqabət məcəlləsi" də yaxın vaxtlarda Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Komitə sədri deyib ki, bu günlərdə sahibkarların və iqtisadçı mütəxəsislərin iştirakı ilə "Rəqabət Məcəlləsi" ilə bağlı geniş müzakirələr keçirilib və həmin müzakirələrdə xeyli sayda dəyərli təkliflər səsləndirilib.

"Biz komitənin növbəti iclaslarınadək həmin təklifləri dəyərləndirəcəyik və məqbul olanlar məcəlləyə salınacaq", - o deyib.

Səmədzadə bildirib ki, məsələ komitədə müzakirə edildikdən sonra parlamentin plenar iclasına təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti