...

Bakı sürücülərinə şad xəbər

Cəmiyyət Materials 27 Mart 2013 13:57 (UTC +04:00)
"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev çərşənbə günü Trend-ə bildirib ki, həmin küçənin uzunluğu 1750, eni isə 7 metrdir. Genişləndirmə işləri başa çatandan sonra yolun eni 14-16 metr arasında dəyişəcək.
Bakı sürücülərinə şad xəbər

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir İ.İzzət/

Binəqədi rayonu Biləcəri qəsəbəsindəki Xurşidbanu Natəvan küçəsində yolun genişləndirilməsi işləri aparılır.

"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev çərşənbə günü Trend-ə bildirib ki, həmin küçənin uzunluğu 1750, eni isə 7 metrdir. Genişləndirmə işləri başa çatandan sonra yolun eni 14-16 metr arasında dəyişəcək.

Onun sözlərinə görə, artıq genişləndirmə sahəsində torpaq yataqi yenidən qurulub, yolun əsası hazırlanıb. Hazırda asfalt-beton bərkitmə işləri görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti