...

Kiyevdə Azərbaycan dili kursları başlayıb (FOTO)

Cəmiyyət Materials 4 Aprel 2013 13:05 (UTC +04:00)
Ukrayna Azərbaycanlı Gənclər Birliyi Azərbaycan dilinin təbliği məqsədilə yeni layihə həyata keçirir – Azərbaycan dili kursları.
Kiyevdə Azərbaycan dili kursları başlayıb (FOTO)

Azərbaycan, Bakı, 4 aprel / Trend /

Ukrayna Azərbaycanlı Gənclər Birliyi Azərbaycan dilinin təbliği məqsədilə yeni layihə həyata keçirir - Azərbaycan dili kursları.

Trend-in məlumatına görə, bu barədə təşkilatdan cümə axşamı bildirilib.

Martın əvvəlindən etibarən birliyin Gənclik Mərkəzində fəaliyyət göstərən Azərbaycan dili kurslarına qısa müddət ərzində 25 nəfər yazılıb. Dinləyicilər arasında jurnalistlər, diplomatlar, gömrük işçiləri, həkimlər, ARDNŞ-in işçiləri, tələbələr var.

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov bildirib ki, kurslarda təkcə Azərbaycan dilinin qrammatikası və leksikası yox, Azərbaycanın qədim tarixi, ənənələri, ədəbiyyatı, mədəniyyəti, incəsənəti, mətbəxi ilə əlaqəli geniş spektrli kulturoloji faktlar öyrədiləcək.

Kursları professor Rafiq Novruzov aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti