...

"Gömrük tarifi haqqında" yeni qanun layihəsi birinci oxunuşda qəbul olunub

Cəmiyyət Materials 30 Aprel 2013 14:48 (UTC +04:00)
Trend-in məlumatına görə, Parlamentin çərşənbə axşamı keçirilən iclasında layihəsini təqdim edən İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, ölkənin iqtisadi, milli təhlükəsizliyi baxımından qanunun böyük əhəmiyyəti var.
"Gömrük tarifi haqqında" yeni qanun layihəsi birinci oxunuşda qəbul olunub

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Məclisində "Gömrük tarifi haqqında" yeni qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Trend-in məlumatına görə, Parlamentin çərşənbə axşamı keçirilən iclasında layihəsini təqdim edən İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, ölkənin iqtisadi, milli təhlükəsizliyi baxımından qanunun böyük əhəmiyyəti var.

"İldən-ilə gömrük rüsumlarından gələn gəlirlərin dövlət büdcəsində çəkisi artmaqdadır. Əgər müstəqilliyimizin ilk vaxtlarında bu rüsumların həcmi 200 milyona bərabər idisə, indi bu məbləğ 1 milyard manatı keçir", - Səmədzadə deyib.

Onun sözlərinə görə, layihə gömrük tarifinin formalaşdırılması, tətbiqi, həmçinin gömrük sərhədindən keçirilən mallardan gömrük rüsumlarının tutulması qaydalarını müəyyən edir.

Sənəd 5 fəsil, 23 maddədən ibarətdir. Sənədin qəbul olunmasının əsas məqsədləri idxalın əmtəə strukturunu tənzimləmək, valyuta gəlirlərinin və xərclərinin əlverişli nisbətini təmin etmək, ölkə iqtisadiyyatını xarici rəqabətin mənfi təsirlərindən qorumaq, dünya iqtisadiyyatına interqrasiyasına şərait yaratmaqdan ibarətdir. Sənəddə göstərilir ki, ixracat və idxalatın operativ tənzimlənməsi məqsədi ilə müəyyən hallarda mövsümi rüsumlar tətbiq oluna bilər.

Mövsümi rüsumların tətbiqi isə 6 aydan çox ola bilməz.

Sənəddə malın gömrük dəyərinin bəyan edilməsi, məlumatın məxfiliyinin qorunması, bəyannaməçinin hüquq və vəzifələri, gömrük orqanının hüquq və vəzifələri, malların sövdələşmə qiyməti üsulları, gömrük rüsumlarından azadolma və tarif güzəştləri də öz əksini tapır.

Müzakirələrdən sonra "Gömrük tarifi haqqında" yeni qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti