...

Bütün Gürcüstanın patriarxı hakimiyyəti abortları qadağan etməyə çağırıb

Cəmiyyət Materials 5 May 2013 14:54 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 5 may /Trend, müxbir N.Kirsxaliya/

Bütün Gürcüstanın katolikos-patriarxı II İlia ölkə hakimiyyətini abortları qanunla qadağan etməyə çağırıb.

Trend-in məlumatına görə, II İlia Pasxa bayramı münasibətilə çıxışında bildirib ki, ölkədəki mürəkkəb demoqrafik vəziyyəti nəzərə alsaq, belə qərarın qəbul edilməsi zəruridir.

"Bunu qısa müddətdə etmək lazımdır", - patriarx deyib.

O qeyd edib ki, abort müdafiəsiz körpənin öldürülməsi deməkdir və bu qətldə ana ilə yanaşı, həkimin də əli var.

II İlianın sözlərinə görə, Gürcüstanda il ərzində 36 min abort edilib, hərçənd bu rəsmi məlumatdır, əslində isə abortların sayı daha çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti