Azərbaycan, Bakı, 27 may /Trend, müxbir A.Tağıyeva/
Türkiyə ilk yerli qırıcı təyyarənin layihələndirilməsi işlərini yekunlaşdırır. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Zaman" qəzeti xəbər yayıb.
Bu həftə Türkiyə Müdafiə Nazirliyinin Müdafiə Sənayesi şöbəsinə aralarından ilk layihə kimi seçiləcək qırıcı təyyarənin yaradılması ilə bağlı üç layihə təqdim olunacaq.
Türkiyənin istehsal edəcəyi qırıcı təyyarənin əsas özəlliklərindən biri onun radara düşməyə imkan verməyən sistemlə təchiz edilməsi olacaq. Qırıcı təyyarənin 2023-cü ildə istismara veriləcəyi gözlənilir.
Türkiyənin qırıcı təyyarələri iki motorla təchiz olunacaq ki, bu da onlara daha çox havada qalmağa və daha tez sürət yığmağa imkan verəcək.
Layihənin seçilməsindən sonra 2021-ci ildə qırıcı təyyarənin istehsal olunmasına başlanılacaq, 2023-cü ildə isə Türkiyə Hərbi Qüvvələrinin sərəncamına veriləcək.