...

Mikayıl Cabbarov: Məktəb direktorunun cari təmir adı ilə şagirdlərdən vəsait yığması qeyri-qanunidir

Cəmiyyət Materials 31 May 2013 11:21 (UTC +04:00)
İstənilən məktəb direktoru və yaxud digər vəzifəli şəxslərin cari təmir adı ilə şagirdlərdən vəsait yığması qeyri-qanunidir. Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə deyib.
Mikayıl Cabbarov: Məktəb direktorunun cari təmir adı ilə şagirdlərdən vəsait yığması qeyri-qanunidir

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir İ.İsabalayeva/

İstənilən məktəb direktoru və yaxud digər vəzifəli şəxslərin cari təmir adı ilə şagirdlərdən vəsait yığması qeyri-qanunidir. Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə deyib.

Onun sözlərinə görə, Azərbaycanın bütün ərazisində məktəb kollektivi və direktor tərəfindən hər hansı təmir işlərinin aparılması nəzərdə tutulmayıb. Azərbaycan ərazisində müvafiq qanunvericiliyə uyğun olaraq, bu işlərin aparılması üçün vəsaitlər mərkəzləşmiş qaydada dövlət büdcəsindən ayrılır.

Nazir deyib ki, Təhsil Nazirliyinə bu məqsəd üçün kiçik vəsait ayrılır. Əksər hallarda bu işlər Maliyyə Nazirliyi tərəfindən yerli rayon icra hakimiyyətlərinə dövlət büdcəsində ayrılmış maliyyə hesabına görülür: "Ona görə də istənilən məktəb direktoru və yaxud digər vəzifəli şəxslərin cari təmir adı ilə şagirdlərdən vəsait yığması qeyri-qanunidir. Əgər belə hallar varsa, Təhsil Nazirliyinə və aidiyyatı dövlət qurumlarına müraciətlər edilməlidir. Bu məsələlərlə bağlı biz barışmaz mövqedə olacağıq. Bu işlər müəyyən müddət aparacaq. Amma mən güman etmirəm ki, bu məsələni 2014-cü ildə KİV-lə müzakirə etməli olacağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti