...

Beynəlxalq Sığorta Şirkəti və “Moody’s Investors Service” agentliyi arasında görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 20 İyun 2013 12:55 (UTC +04:00)
Bu ilin iyun ayının 19-da “Beynəlxalq Sığorta Şirkəti” ASC-nin baş ofisində Cəmiyyətin İdarə Heyətinin sədri Məmməd Sadıx Məmmədov, Təftiş Komissiyasının sədri İradə Deystani və İdarə Heyəti sədrinin maliyyə məsələləri üzrə müşaviri Anar Zülfüqarov “Moody’s Investors Service” Beynəlxalq reyting agentliyinin nümayəndələrini qəbul etmişlər.
Beynəlxalq Sığorta Şirkəti və “Moody’s Investors Service” agentliyi arasında görüş keçirilib (FOTO)

Azərbaycan, Bakı, 20 iyun /Trend/

Bu ilin iyun ayının 19-da "Beynəlxalq Sığorta Şirkəti" ASC-nin baş ofisində Cəmiyyətin İdarə Heyətinin sədri Məmməd Sadıx Məmmədov, Təftiş Komissiyasının sədri İradə Deystani və İdarə Heyəti sədrinin maliyyə məsələləri üzrə müşaviri Anar Zülfüqarov "Moody's Investors Service" Beynəlxalq reyting agentliyinin nümayəndələrini qəbul etmişlər. Bu barədə cümə axşamı şirkətdən daxil olan məlumatda deyilir.

Görüşdə reytinq agentliyi "Moody's Investors Service"-in Baş vitse prezidenti Maykl Korvin (Michael Korwin), Baş meneceri Aleksey Sajin (Alexey Sazhin), Meneceri Nataşa Yarovaya (Natasha Yarovaya) tərəfindən təmsil olunmuşdur.

Keçirilən söhbətdə Beynəlxalq Sığorta Şirkətinin ötən illərdəki reytingi, hazırkı kifayət qədər stabil maliyyə vəziyyəti və inamlı inkişafı müzakirə olunmuşdur. Qeyd olunan mövzular ətrafında aparılan fikir mübadiləsi zamanı BSŞ-nin Reytinq agentliyi ilə əməkdaşlıq təcrübəsinə istinad edilərək, Cəmiyyətin hazırkı dinamik inkişaf mərhələsində bu əməkdaşlığın davam etdirilməsinin müsbət perspektivlərindən danışılmışdır. Bununla yanaşı, görüş iştirakçıları arasında BSŞ-də biznesin inkişafına dair bir sıra mühüm strateji məsələlər ətrafında geniş diskusiya aparılmışdır.

Qeyd etmək lazımdır ki, Beynəlxalq Sığorta Şirkətinin nümayəndələrinin bu ilin iyun ayının 20-də Moody's agentliyi tərəfindən Bakıda keçirilən kredit risklərinə həsr edilmiş konfransda iştirakı planlaşdırılır. Konfransda risklər və bu risklərin artmasına səbəb olan əsas amillər müzakirə olunacaqdır.

Xatırladırıq ki, Beynəlxalq Sığorta Şirkəti 2002 ci ildə Azərbaycan Beynəlxalq Bankı tərəfindən təsis edilmişdir. Hazırda Şirkət, həm fiziki həm də hüquqi şəxslərə 33 sığorta növü üzrə xidmət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti