...

Bakı sürücülərinin nəzərinə

Cəmiyyət Materials 28 İyun 2013 15:31 (UTC +04:00)
Bakının əsas mərkəzi prospektlərindən birində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.
Bakı sürücülərinin nəzərinə

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir İ.İzzət/

Bakının əsas mərkəzi prospektlərindən birində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.

Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov Trend-ə bildirib ki, Həsən Əliyev küçəsinin kəsişməsindən Tbilisi prospekti ilə 20 Yanvar metrostansiyası istiqamətində A.Salamzadə küçəsinin hissəsində (Nəqliyyat Nazirliyinin inzibati binasının qarşısı) asfalt örtüyünün dəyişdirilməsi ilə əlaqədar olaraq, bu gün gecə 00:00-dan başlayaraq təmir işləri başa çatanadək avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulacaq.

Bakı yol polisi sürücülərdən xahiş edir ki, tıxacların, sıxlığın yaranmaması üçün Cəlil Məmmədquluzadə küçəsinin kəsişməsindən Tbilisi prospektinə Həsən Əliyev küçəsindən keçməklə hərəkət tam məhdudlaşdırıldığından alternativ yol kimi Ziya Bünyadov prospekti ilə A.Salamzadə küçəsi, 9-cu mikrorayon ərazilərindən keçməklə hərəkət edə bilərlər.

20 Yanvar dairəsindən şəhər istiqamətinə olan Tbilisi prospekti ilə gələn avtomobillər üçün hərəkət olduğu kimi qalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti