...

Tam yeni Ford Fiesta artıq Azərbaycanda !

Cəmiyyət Materials 2 İyul 2013 14:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 iyul /Trend/

Yenilənmiş Ford Fiesta avtomobili artıq Ford satış mərkəzlərində sizi gözləyir. Bu avtomobili siz daha sərfəli şərtlərlə , cəmi 1950 manat ilkin ödənişlə əldə edə bilərsiniz. Bu barədə Trend-ə "FNC Motors" şirkətindən daxil olan məlumatda deyilir.

Yeni Ford Fiesta əvvəlki nəslə nisbətən bir çox dəyişiklərər məruz qalıb. Bu dəyişiklər daha çox xarici görünüşdə özünü göstərir, lakin Ford-un bir çox 2013 modellərində olduğu kimi texniki xüsusiyyətlərdə də dəyişikliklər olmuşdur.

Yeni Ford Fiesta 2013 modelinin hərəkət keyfiyyətini də diqqətdən kənarda saxlamaq olmaz. Ön asqılar dəyişiklərə məruz qalıb və yenidən quraşdırılıb. Arxa asqılar isə dəyişdirilməyib.

İlk baxışdan avtomobil 6-cı nəslə nisbətən daha yığcam təəssürat yaradır. Lakin görüntü aldadıcıdır. Yeni Ford Fiesta-nın xarici görünüşünə baxdıqda diqqəti avtomobilin ön hissəsi çəkir. Söhbət əsasən böyük iki səviyyəli havasaxlayıcı radiator barmaqlıqlığına malik bamperlərdən gedir. Bamperin aşağı hissəsində isə dumanəleyhinə faralar yerləşdirilib. Avtomobilin optikası da hissediləcək dərəcədə dəyişilib. Bunun sayəsində avtomobil daha aqressiv görkəm alıb.

Avtomobilin eksteryeri müasir tələblərə uyğun olaraq dinamik keyfiyyətlərlə hazırlanmışdır.

Yeni Ford Fiesta-nın multifunksional sükanı idarəetməni daha da rahat edir. Bundan əlavə sürücünün və ön sərnişinlərin rahat oturacağı avtomobilin komfortundan xəbər verir. Ön oturacaqların yan dəstəyi sayəsində həm sürücü, həm də ön sərnişin özlərini daha da rahat hiss edəcəklər. Bundan əlavə salonda xırda əşyalar üçün nəzərdə tutulmuş bir neçə ciblər var. Ford Fiesta daxildə komfort təəssüratı yaradan yumşaq işləmələrə malikdir ki, bu da başlanğıc səviyyəli avtomobillərdə rast gəlinmir.

Yük yeri 281 l həcmindədir. Ehtiyac olduqda arxa oturacaqları bağlamaqla yük yerinin tutumunu daha da artırmaq olar.

4 qapılı yığcam Ford Fiesta Titanium Type-1 Titanium Type-2 hetçbek variantlarda təqdim edilir.

1.6 l və 105 at güclü mühərrik təxminən 9.5 saniyədə 100 km/saat sürət yığmaqla yanaşı, yanacağa qənaət edir.
Yeni Ford Fiesta avtomobilini bank və sığorta xərcləri daxil cəmi 1950 AZN ilkin ödənişlə Ford Satış Mərkəzindən əldə etmək mümkündür.

Ford Azərbaycan satılan bütün Ford modellərinə 3 il və ya 100.000 km zəmanət verir.

"FNC Motors" şirkəti 2003-cü ildən Azərbaycan bazarında "Ford" avtomobillərinin rəsmi idxalçısıdır. Şirkət Ford markalı avtomobillərin satışı, zəmanəti və servis xidmətləri, ehtiyat hissələrinin pərakəndə və sifarişlə satılması ilə məşğul olur. "FNC Motors" Salonundan alınan hər bir avtomobilə 3 il müddətinə və ya 100.000 km zəmanət verilir. "FNC Motors" bütün fəaliyyətini beynəlxalq standartın tələbləri əsasında həyata keçirir.

Əlavə məlumat üçün ünvan və telefonlar:

Ünvan: AZ 1008, Bakı şəhəri, Xətai pr., 36 (Təhsil Nazirliyi ilə üzbəüz)
Telefonlar: (+994 12) 496 00 21, 490 01 10,
E-mail: [email protected]
Rəsmi sayt: www.ford.az
Facebook səhifəsi: http://www.facebook.com/fordazerbaijan

Məqalədə:
Xəbər lenti

Xəbər lenti