...

Amerika Ticarət Palatası "Gate Keeping" proqramı çərçivəsində aztəminatlı ailələrə yardım edir

Cəmiyyət Materials 30 İyul 2013 15:15 (UTC +04:00)
Amerika Ticarət Palatası (AmCham) "World Vision Azərbaycan" və UAFA-nın birgə həyata keçirdiyi “Gate Keeping” layihəsində iştirak edib.
Amerika Ticarət Palatası "Gate Keeping" proqramı çərçivəsində aztəminatlı ailələrə yardım edir

Azərbaycan, Bakı, 30 iyul /Trend/

Amerika Ticarət Palatası (AmCham) "World Vision Azərbaycan" və UAFA-nın birgə həyata keçirdiyi "Gate Keeping" layihəsində iştirak edib.

Palatadan Trend-ə verilən məlumata görə, layihə çərçivəsində UAFA-nın Bakı, Siyəzən və Lənkəran mərkəzlərinin və sosial işçilərin vasitəsilə aztəminatlı ailələrdə yaşayan əlil uşaqlara 77 tablet, "Deloitte & Touche" şirkəti tərəfindən 10 noutbuk, "BestComp" şirkəti tərəfindən 2 PC, Azerfon-dan 10 USB-modem, Bakcell-dən 7 USB-modem, Azercell-dən 5 USB-modem hədiyyə edilib.

Avadanlığın bir hissəsi (15 tablet) Nizami bərpa mərkəzinə təqdim edilib. Qalanı isə daha sonra Siyəzən, Lənkəran və Xaçmazda aztəminatlı ailələrə paylanacaq.

Müəssisədəki risklərlə bağlı xidmətlər üzrə baş menecer Tural Hacıyev, ictimayyətlə əlaqələr və korporativ ünsiyyət üzrə rəhbər Nigar Arpadairi və "Azercell Telekom" MMC-nin korporativ əlaqələr üzrə eksperti Nigar Şıxlinskaya tədbir zamanı UAFA, "World Vision" və İKT komitəsinin üzvlərinə aztəminatlı ailələrdəki əlil uşaqlara yardım üçün yaratdıqları şəraitə görə təşəkkür ediblər.

Amerika Ticarət Palatası gələcəkdə də aztəminatlı ailələrə yardım etmək niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti