...

Azərbaycan yollarında sürət həddinin dəyişdirilməsi gözlənilirmi?

Cəmiyyət Materials 8 Avqust 2013 10:21
Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsi Azərbaycanda bəzi yollarda sürət həddinin dəyişdirilərək artırılacağı barədə yayılan məlumatlara aydınlıq gətirib.
Azərbaycan yollarında sürət həddinin dəyişdirilməsi gözlənilirmi?

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 8 avqust /Trend, müxbir İ.İzzət/

Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsi Azərbaycanda bəzi yollarda sürət həddinin dəyişdirilərək artırılacağı barədə yayılan məlumatlara aydınlıq gətirib.

Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Kamran Əliyev Trend-ə bildirib ki, Azərbaycan yollarında sürət həddinin dəyişdirilməsi gözlənilmir.

Şöbə rəisinin sözlərinə görə, hələlik yollarda sürət həddinin artırılması ilə bağlı hər hansı məlumat yoxdur:

"Sürət həddinin artırılması üçün həmin ərazidəki yol təhlükəsizlik tələblərinə tam cavab verməlidir ki, sürət həddi artırıla bilsin. Aydın məsələdir ki, yaşayış məntəqələrindən keçən yollarda təhlükəsizlik baxımından insanların yola çıxmasının qarşısını ala biləcək əlavə heç bir qurğu və ya yol elementləri yoxdursa, belə halda həmin ərazilərdə hərəkət sürəti saatda yalnız 60 km ola bilər".

Qeyd edək ki, Azərbaycanda maksimal sürət həddi avtomagistrallarda saatda 110, digər yollarda 90, yaşayış məntəqələrində 60, yaşayış zonalarında isə 20 km təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti