...

Azərbaycanda 50-dən çox qadın liderlik kurslarında iştirak edib

Cəmiyyət Materials 23 Avqust 2013 17:52 (UTC +04:00)
Məlum olduğu kimi bu ilin əvvəlindən başlayaraq Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının (ABİA) Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu, Avrasiya Regional Mərkəzi ilə birgə və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirdiyi “Gənc qadınların və qızların liderlik qabiliyyətlərinin artırılmasında dini icmaların rolu” mövzusunda layihə həyata keçirilməkdədir.
Azərbaycanda 50-dən çox qadın liderlik kurslarında iştirak edib

Azərbaycan, Bakı, 23 avqust /Trend/

Məlum olduğu kimi bu ilin əvvəlindən başlayaraq Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının (ABİA) Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu, Avrasiya Regional Mərkəzi ilə birgə və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirdiyi "Gənc qadınların və qızların liderlik qabiliyyətlərinin artırılmasında dini icmaların rolu" mövzusunda layihə həyata keçirilməkdədir. Artıq layihə çəçivəsində Quba və və Şamaxı rayonlarında seminarlar təşkil olunub.

ABİA-nın icraçı direktoru, layihənin rəhbəri Sevinc İsgəndərovanın bildirdiyinə görə, dünən Sumqayıt şəhərində 50-dən çox ictimai sektorda çalışan, eləcə də dini icmaların nümayəndələri olan qadın və qızların iştirakı ilə təlim keçirilib. Təlimdə qadınların ictimai sektorda iştirakının vacibliyi qeyd edilməklə yanaşı, onların hüquqlarının qorunması, xüsusilə, həssas problem olan erkən nikah məsələsində hüquqlarının qorunması, eləcə də kiçik biznes sahəsində qadınların iştirakının aktivliyinin stimullaşdırılması ilə bağlı müzakirələr baş tutmuşdur. Müzakirələr zamanı qarşıya qoyulan məqsədlərə çatmaq üçün qızlar arasında daimi əsaslarda işləyən şəbəkənin yaradılmasının zəruriliyi xüsusilə vurğulanmışdır. Gələcəkdə şəbəkə daxilində mühasibat, toxuculuq və dərzilik kurslarının açılması nəzərdə tutulur.

Bu il ərzində layihənin Azərbaycanın başqa bölgələrində keçirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti