Azərbaycan, Bakı, 31 avqust /Trend, müxbir T.Cəfərov/
İranın Hörmuzqan əyalətinin Bəndər Lengə şəhəri sahillərində külli miqdarda narkotik maddə daşıyan gəmi saxlanılıb. Trend-in məlumatına görə, bu barədə İran televiziyasının rəsmi xəbər saytı iribnews məlumat verir.
Məlumata əsasən, narkotik qaçaqmalçıları gəmi vasitəsi ilə 7 tondan artıq çəkisi olan narkotik vasitələri Pakistandan İranın Buşəhr əyalətinə oradan da Küveytə aparmaq niyyətində olublar.
Gəmidən 5 780 kiloqram narkotik vasitə - tiryək, 1469 kiloqram narkotik vasitə - həşiş və 136 kiloqram narkotik vasitə - heroin müsadirə olunub.
Gəminin kapitanı və daha altı nəfər həbs olunub. Hadisə ilə bağlı cinayət işi açılıb.