...

Azərbaycanda müəllimlərin dərs yükü yenidən artırıla bilər

Cəmiyyət Materials 11 Sentyabr 2013 14:23 (UTC +04:00)
Azərbaycanda orta məktəb müəllimlərinin dərs yükü 24 saatdan 36 saatadək artırıla bilər.
Azərbaycanda müəllimlərin dərs yükü yenidən artırıla bilər

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda orta məktəb müəllimlərinin dərs yükü 24 saatdan 36 saatadək artırıla bilər.

Nazirlikdən Trend-ə verilən məlumata görə, təhsil naziri Mikayıl Cabbarov Bakının təhsil işçilərinin sentyabrın 10-da keçirilən sentyabr konfrasında ümumi orta təhsilin əhəmiyyətinə toxunaraq təhsil müəssisələrinin işinin daha səmərəli təşkili üçün qarşıda duran vəzifələrdən bəhs edib.

Nazir müəllimlərin dərs yükü normasının yuxarı həddinin 24 saatdan 36 saata qaldırılması, məktəb direktorlarının maaşının müvafiq meyarlar üzrə artırılması, ingilis dilinin tədrisinin gücləndirilməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, məktəblərin dayanıqlı internetlə təmin olunması istiqamətində nəzərdə tutulmuş dəyişikliklər və digər zəruri tədbirlər haqqında məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti