...

ABŞ səfirliyi Demokratiya Komissiyasının Kiçik Qrantlar Proqramı üçün qrant imzalanması mərasimi keçirib

Cəmiyyət Materials 13 Sentyabr 2013 12:43 (UTC +04:00)
ABŞ-ın Azərbaycandakı Səfirliyi, Demokratiya Komissiyası Kiçik Qrantlar Proqramının 2013-cü il yay çağırışı üçün qrant müqavilələrinin imzalanması mərasimini keçirib.
ABŞ səfirliyi Demokratiya Komissiyasının Kiçik Qrantlar Proqramı üçün qrant imzalanması mərasimi keçirib

Azərbaycan, Bakı, 13 sentyabr / Trend, müxbir S.Əhmədova /

ABŞ-ın Azərbaycandakı səfirliyinin Demokratiya Komissiyası Kiçik Qrantlar Proqramının 2013-cü il yay çağırışı üçün qrant müqavilələrinin imzalanması mərasimi keçirilib. Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına bildirilir.

Məlumatda qeyd olunur ki, müsabiqədə qalib gələn on yerli qeyri-hökümət təşkilatı və təşəbbüs qrupu proqram çərçivəsində qrant alıb. Həmin təşkilatlar insan alverinə qarşı mübarizə, gənclərin inkişafı, regionlarda vətəndaş nəzarəti mexanizmlərinin yaradılması, sabiq məhbusların hüquqlarının müdafiəsi, regionlarda erkən və məcburi nikahlar barədə məlumatlılığın artırılması və qadın hüquqlarının qorunması kimi vətəndaş cəmiyyəti və demokratik təsisatların inkişafına yönəlmiş layihələri həyata keçirəcəklər.

Səfirliyin müvəqqəti işlər vəkili Derek Hoqan və ictimayyətlə əlaqələr şöbəsinin müdiri Stefan Qays müsabiqə qaliblərini salamlayıblar. Təşkilatların nümayəndələri, habelı öz fəaliyyətlərindən və gələcək planlarından danışıblar.

Məlumatda həmçinin qeyd olunub ki, Demokratiya Komissiyası Kiçik Qrantlar Proqramı kiçik qrantlar əsasında Azərbaycanda demokratik təsisatların və vətəndaş cəmiyyətinin inkişafına təkan verməyi qarşısına məqsəd qoyub. Qrantlar (məbləği $24,000-dən çox olmamaq şərtilə) müsabiqə əsasında Azərbaycanda gəlir güdməyən qeyri-hökumət təşkilatları, icma əsaslı təşkilatlar və digər gəlir güdməyən assosiasiya və birliklərə, eyni zamanda müstəqil yerli media təşkilatlarına ayrılır. Müsabiqədə açıq və demokratik cəmiyyətin yaradılmasına, plüralizmi dəstəkləyən icmaların inkişafına, sosial məsuliyyətin artmasına yönəldilmiş yeni və təfərrüatlı təkliflər iştirak edə bilərlər. Azərbaycan cəmiyyətində mövcud olan son tendensiyalarla ayaqlaşmaq məqsədilə proqram mövzuları hər çağırış dövründə yenilənir. Proqramın gələcək çağırışlarında söz azadlıqı, gənclərin inkişafı, qadın məsələləri və Bakı və regionlarda vətəndaş cəmiyyətinin gücləndirilməsi kimi dörd istiqamət prioritet sayılacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti