...

Bazar günü Azərbaycanda yağış yağacağı gözlənilir

Cəmiyyət Materials 21 Sentyabr 2013 12:40 (UTC +04:00)
Bazar günü respublikanın bəzi ərazilərində yağış yağacağı gözlənilir.
Bazar günü Azərbaycanda yağış yağacağı gözlənilir

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir İ.İzzət/

Bazar günü respublikanın bəzi ərazilərində yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, sentyabrın 22-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Gün ərzində hava əsasən yağmursuz keçəcək. Axşam saatlarında buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Günün ikinci yarısında mülayim şimal küləyi güclənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 18-22, gündüz 24-28 dərəcə isti olacağı gözlənilir.

Sentyabrın 22-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 18-22, gündüz 24-29, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacağı ehtimalı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti