Azərbaycan, Bakı, 30 sentyabr / Trend, müxbir M.Əliyev/
Milli Məclisdə "Notariat haqqında" və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunlarda dəyişiklik edilib.
Trend-in məlumatına görə, qanun layihəsi barədə məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev bildirib ki, hər iki qanuna edilən dəyişiklik eyni mahiyyətlidir.
Dəyişikliyə əsasən, notariusların və notariat hərəkətləri aparan digər vəzifəli şəxslərin "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının alınması ilə bağlı əsaslandırılmış yazılı sorğular vermək hüququ olacaq.
Hər iki qanuna dəyişiklik səsverməyə çıxarılaraq qəbul edilib.