...

Bakıda Britaniyanın təhsil müəssisələrinin sərgisi keçiriləcək

Cəmiyyət Materials 24 Oktyabr 2013 16:48 (UTC +04:00)
Bakıda Böyük Britaniyanın təhsil müəssisələrinin sərgisi keçiriləcək.
Bakıda Britaniyanın təhsil müəssisələrinin sərgisi keçiriləcək

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Bakıda Böyük Britaniyanın təhsil müəssisələrinin sərgisi keçiriləcək.

"Britain Azerbaijan Business Council"dan Trend-ə verilən məlumata görə, sərgi noyabrın 2-3-də keçiriləcək. Sərgidə 41 universitet, kollec, dil kursları və məktəbə qədər hazırlıq mərkəzləri iştirak edəcək.

Sərgi çərçivəsində müxtəlif müsabiqələr təşkil ediləcək. Qaliblərə tədbirin sponsorları "Britain Azerbaijan Business Council" və Azərbaycan Beynəlxalq Bankı tərəfindən müxtəlif hədiyyələr təqdim ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti