...

Azərbaycanda göz xəstəliklərindən əziyyət çəkənlər üçün yenilik

Cəmiyyət Materials 1 Noyabr 2013 16:23 (UTC +04:00)
Azərbaycanda göz xəstəliklərindən əziyyət çəkənlər üçün yenilik tətbiq olunmağa başlayıb. Trend-in məlumatına görə, ölkədə ilk dəfə olaraq Respublika Diaqnostika Mərkəzində gözün ön hissəsinin koherent tomoqrafiyası həyata keçiriləcək.
Azərbaycanda göz xəstəliklərindən əziyyət çəkənlər üçün yenilik

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda göz xəstəliklərindən əziyyət çəkənlər üçün yenilik tətbiq olunmağa başlayıb. Trend-in məlumatına görə, ölkədə ilk dəfə olaraq Respublika Diaqnostika Mərkəzində gözün ön hissəsinin koherent tomoqrafiyası həyata keçiriləcək.

Mərkəzin baş oftalmoloqu Xəlil Hüseynov jurnalistlərə bildirib ki, Respublika Diaqnostika Mərkəzinin yeni açılmış oftolmologiya korpusunda Yaponiya istehsalı olan ən müasir avadanlıq - "Topcon" cihazının köməyi ilə görmənin vəziyyəti qiymətləndiriləcək və xəstəliklərin diaqnostikası aparılacaq. Konsultasiyadan sonra həkim müalicə proqramı müəyyən edir və bütün fərdi xüsusiyyətləri nəzərə almaqla eynək və ya kontakt linza təyin edir. Ehtiyac olarsa, inkişaf etməkdə olan kataraktın qarşısını alan, qlakoma zamanı gözün funksional vəziyyətini bərpa edən və görmə sinirinin xəstəlikləri zamanı itilmiş görməni qaytaran lazer texnologiyalarının köməyi ilə müalicə aparılır.

Bunu Azərbaycan üçün yeni avadanlıq sayan X.Hüseynov deyib ki, bu texnologiyaların vasitəsilə gözün müayinəsi, tam diaqnostik müalicəsinin aparılması mümkündür:

"Yeni avadanlıqlar vasitəsilə Azərbaycanda ilk dəfə olaraq gözün ön hissəsinin koherent tomoqrafiyası həyata keçiriləcək. Bu aparat oftalmoloqlara gözün ön siqmentinin diaqnostikasını aparmağa imkan verir. Mövcud qurğu gələcəkdə daha mühüm əməliyyatların aparılmasına da kömək edəcək. Ön siqmentin təxminən 300-ə qədər patologiyası var. Onların hamısını bu aparat vasitəsilə müəyyən etmək olacaq".

X.Hüseynov qeyd edib ki, Mərkəzə gün ərzində 30-40 nəfər insan xəstəliklərlə bağlı müraciət edib. Azərbaycanda xəstələrin daha çox gözlə bağlı şikayət etdiyini deyən həkimin sözlərinə görə, xəstələrin gözlərində "qara su" və "mirvari suyu" xəstəliklərinə daha çox təsadüf olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti