...

Azərbaycanda piratçılığın səviyyəsi məlum oldu

Cəmiyyət Materials 7 Dekabr 2013 12:03 (UTC +04:00)
Azərbaycanda müxtəlif seqmentlər üzrə piratçılığın səviyyəsi ümumilikdə 10 faizdən 20 faizə qədər aşağı düşüb. Bu barədə Trend-ə açıqlamasında Müəllif Hüquqları Agentliyinin (MHA) hüquq şöbəsinin müdiri Xudayət Həsənli bildirib.
Azərbaycanda piratçılığın səviyyəsi məlum oldu

Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanda müxtəlif seqmentlər üzrə piratçılığın səviyyəsi ümumilikdə 10 faizdən 20 faizə qədər aşağı düşüb. Bu barədə Trend-ə açıqlamasında Müəllif Hüquqları Agentliyinin (MHA) hüquq şöbəsinin müdiri Xudayət Həsənli bildirib.

Onun sözlərinə görə, Agentlik tərəfindən görülən tədbirlər nəticəsində audiovizual sahədə piratçılığın səviyyəsi 90 faizdən 70 faizə, komputer proqramları sahəsində isə 96 faizdən 86 faizə düşüb.

X.Həsənli "Əqli mülkiyyət hüquqlarının müdafiəsi və piratçılıqla mübarizə haqqında" yeni qəbul olunan qanuna toxunaraq, qanunun tətbiqi nəticəsində piratçılıqla mübarizədə çox mühüm dönüşə nail olunacağını deyib: "Qanunun tətbiqinə başlanıldıqdan sonra artıq bu sahədə ciddi və hamını qane edən irəliləyiş əldə olunacaq".

X.Həsənli əlavə edib ki, qanunun qəbul olunması ilə əlaqədar həm inzibati qanunvericiliyə, həm də cinayət qanunvericiliyinə bir sıra dəyişikliklər edilib: "Dəyişikliklər nəticəsində cərimə sanksiyaları qaldırılıb. Qanunun icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən bir sıra qərarlar qəbul olunub. Hazırda isə nəzarət markalarının verilməsinə və müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinə vurulması ilə bağlı prosedurları tənzimləyən qərar layihəsi Agentlik tərəfindən hazırlanıb və təsdiq olunması üçün Nazirlər Kabinetinə təqdim edilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti