...

Azərbaycanda müəllif hüquqlarının qorunması üçün yeni sistem yaradlıb

Cəmiyyət Materials 11 Dekabr 2013 16:33 (UTC +04:00)
Müəllif Hüquqları Agentliyinin nəzdində Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi yaradılıb. Bu barədə Trend-ə açıqlamasında Agentliyin Hüquq şöbəsinin müdiri Xudayət Həsənli bildirib.
Azərbaycanda müəllif hüquqlarının qorunması üçün yeni sistem yaradlıb

Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir E.Mehdiyev/

Müəllif Hüquqları Agentliyinin nəzdində Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi yaradılıb. Bu barədə Trend-ə açıqlamasında Agentliyin Hüquq şöbəsinin müdiri Xudayət Həsənli bildirib.

X.Həsənlinin sözlərinə görə, bu mərkəzin funksiyalarından biri müəllif hüquqlarının internetdə idarəçiliyinin təşkili və hüquqların idarə edilməsi üçün rəqəmsal monitorinq və lisenziyalaşdırma sisteminin yaradılmasıdır: "Artıq bununla bağlı bütün avadanlıqlar alınıb, quraşdırılıb, sistem hazırdır və onun işə salınması üçün bəzi prosedurlar qalıb. O prosedurlar başa çatandan sonra artıq bu istiqamətdə iş başlanılacaq".

O, əlavə edib ki, sistem işə düşdükdən sonra satış şəbəkəsinin tərkibində olan müəllif hüququ ilə əlaqəli olan malların üzərinə mütləq şəkildə xüsusi nəzarət markası vurulacaq:

"Yeni marka artıq hazırlanıb və qərarın verilməsini gözləyirik. Bununla yanaşı, smartfon mobil telefonlara əsaslanan unikal yoxlama sistemi var. Bunun vasitəsilə kənardan mobil telefonla hər bir şeyi öyrənmək mümkün olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti