...

Azərbaycanda uşaqların dispanserizasiya məsələsində səhlənkarlıq edənlər cəzalandırılacaqlar

Cəmiyyət Materials 27 Dekabr 2013 13:57 (UTC +04:00)
Azərbaycanda bundan sonra uşaqların dispanserizasiya məsələlərində səhlənkarlıq edən nümayəndələr və tibb ocaqları cəzalandırılacaqlar.
Azərbaycanda uşaqların dispanserizasiya məsələsində səhlənkarlıq edənlər cəzalandırılacaqlar

Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir İ.İzzət/

Azərbaycanda bundan sonra uşaqların dispanserizasiya məsələlərində səhlənkarlıq edən nümayəndələr və tibb ocaqları cəzalandırılacaqlar.

Trend-in məlumatına görə, Milli Məclisin dekabrın 27-də keçirilən payız sessiyasının son iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik müzakirə olunub.

Dəyişiklik barədə məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, uşaqların icbari dispanserizasiyası haqqında qanunvericiliyin pozulmasına görə, Məcəllənin 65-2.1 maddəsinə uyğun olaraq uşağın qanuni nümayəndəsi tərəfindən dispanserizasiya ilə əlaqədar tibb işçilərinin göstərişlərinin yerinə yetirilməməsinə və ya həkimin çağırışı ilə uşağın aidiyyəti tibb müəssisəsinə gətirilməməsinə və ya daimi yaşayış yerini dəyişdirdikdə, bir ay müddətində ərazi üzrə tibb müəssisəsində uçota alınmamasına görə xəbərdarlıq edilir və ya iyirmi manat miqdarında cərimə edilir.

Məcəllənin 65-2.2 maddəsinə əsasən isə, dispanserizasiya tədbirlərinin keçirilməsi ilə əlaqədar uşaqlara illik tibbi baxışların və zəruri müayinələrin keçirilməməsinə, uşaqların sağlamlıq vəziyyətinin müəyyən edilməməsinə və qiymətləndirilməməsinə və ya hər uşaqla bağlı aparılmış müayinə və müalicə-sağlamlaşdırıcı tədbirlərin registrinin aparılmamasına, yaxud uşaqlar arasında xəstəliklərin səbəbləri aşkar edildikdən sonra onların aradan qaldırılması üzrə sosial, sanitariya-gigiyena, epidemiya əleyhinə və müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməməsinə və ya xəstə və xəstələnmə riski olan uşaqların tibbi-sosial müəssisələrdə yerləşdirilməməsinə görə fiziki şəxslər iyirmi beş manat miqdarında, vəzifəli şəxslər əlli manat miqdarında, hüquqi şəxslər isə yüz manat miqdarında cərimə edilir.

Dəyişikliklər Milli Məclisin plenar iclasında səsə qoyularaq yekdilliklə qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti