Azərbaycan, Bakı, 27 yanvar /Trend/
"Bərdə Yağ Pendir Az Qida" MMC-nin əməkdaşlarının qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə daxil olmuş məlumat araşdırılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, araşdırma zamanı MMC-in satış təmsilçisi Könül Nəbiyeva və qeyriləri qulluq mövqelərindən istifadə etməklə ticarət obyektlərindən qəbul etdikləri onlara etibar edilmiş pul vəsaitlərini mənimsəməklə Cəmiyyətə külli miqdarda - 32.115 manat ziyan vurmalarında əsaslı şübhələr olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam etdirilir.