...

Bakıda şirkətin satış təmsilçisinin hesabında 37 min manatlıq çatışmazlıq aşkar edilib

Cəmiyyət Materials 28 Yanvar 2014 17:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir İ.İzzət/

"Ləzzət Qida Sənaye" MMC-nin əməkdaşının qanunsuz hərəkətləri ifşa edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Ləzzət Qida Sənaye" MMC-nin Bakı şəhər anbar filialının əməkdaşının qanunsuz hərəkətləri Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb.

Araşdırma zamanı 2012-2013-cü illərdə Cəmiyyətin Bakı şəhər anbar filialının satış təmsilçisi işləmiş Namiq Vəliyevin hesabında 37.0 min manat çatışmazlığın aşkar edilməsində əsaslı şübhələr olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti