...

Bakıya qar yağmasından sonra sürüşmə səbəbindən 24 yol-nəqliyyat hadisəsi baş verib

Cəmiyyət Materials 31 Yanvar 2014 09:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir İ.İzzət/

Yanvarın 30-u axşamdan Bakıya qar yağmasından sonra sürüşmə səbəbindən yanvarın 31-i səhər saatlarınadək maddi zərərlə nəticələnən 24 yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Trendə-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.

V.Əsədov bildirib ki, bu hadisələr əsasən avtomobillərin toqquşması ilə müşaiyət olunub.

Bölmə rəsinin sözlərinə görə, Bakı şəhər Dövlət Yol Polisi İdarəsnin və Bakı Şəhər İcra hakimiyyətinin qış qarajı ilə birgə dünən axşamdan xidmət davam edir. Bundan başqa Nəqliyyat Nazilirlyinin "Azəravtoyolsevis" ASC-nin texnikası da yolların təmizlənməsinə cəlb edilib: "Gecədən indiyədək şəhərin enişli-yoxuşlu yolları qardan təmizlənir. Artıq yollara min tona yaxın duz səpilib. Hazırda işlər davam edir. Buna baxmayaraq, yollarda sürüşmə halları müşahidə edilir. Hazırda sürüşmə daha ox sürüşmə ehtimalı Biləcəri, Yasamal və Günəşli ərazilərində daha çoxdur. Buna baxmayaraq, hələ ki, yollar açıqdır və nəqliyyat vasitələri rahat hərəkət edir".

V.Əsədov bildirib ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əhaliyə şəxsi avtomobillərdən istifadə edilməməsinə dair müraciət etməsinə baxmayaraq, yollarda çox sayda avtomobil var: "Bir daha sürücülərə və avtomobil sahiblərinə müraciət edərək deyirik ki, şəxsi avtomobillərdən imkan dərəcəsində istifadədən imtina edib, ictimai nəqliyyatla hərəkətə üstünlük versinlər".

Qeyd edək ki, yanvarın 30-da günorta saatlarından başlayaraq həftənin sonunadək hava şəraitinin ölkə ərazisində günü-gündən kəskinləşəcəyi, şaxtalı olacağı, qar yağacağı, qarın bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturunun yanvarın 31-də 1-3, fevralın 1-2-də gecə saatlarında 4-6, gündüz saatlarında 0-3 dərəcə şaxta olacağı gözlənilir. Qarlı havada şimal küləyinin güclənməsi ilə əlaqədar çovğun olacağı ehtimalı var. Yollar buz bağlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti