...

Azərbaycanda dəmiryolu sistemində gücləndirilmiş iş rejiminə keçildi

Cəmiyyət Materials 31 Yanvar 2014 11:43 (UTC +04:00)
Havaların sərt keçməsi ilə əlaqədar dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunub.
Azərbaycanda dəmiryolu sistemində gücləndirilmiş iş rejiminə keçildi

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir İ.İzzət/

Havaların sərt keçməsi ilə əlaqədar dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunub.

"Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyindən Trend-ə verilən məlumata görə, cəmiyyətin kollektivləri havaların sərt keçməsi ilə bağlı əlaqədar gücləndirilmiş iş rejiminə keçib.

Sərnişinlərin və hərəkət tərkiblərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra tədbirlər reallaşdırılır. İnfrastruktur Departamentinin kollektivi tərəfindən dəmir yolunun üst quruluşu elementlərinə - rels bərkidicilərinə, relslər arasındakı məsamələrə, siqnal və enerji təchizatı sistemlərinə gün ərzində bir neçə dəfə baxış keçirilir.

Sərnişin daşımaları Departamenti də bir sıra vacib məqamlara diqqəti artırıb. Belə ki, reysə çıxmazdan əvvəl sərnişin vaqonlarının istilik sisteminin normal işləməsi diqqətdə saxlanılır.

Qarlı-şaxtalı hava şəraitinə baxmayaraq, qrafikə əsasən, bu gün Bakı-Moskva, Bakı-Ağstafa-Qazax, Bakı-Astara-Horadiz, Bakı-Böyük Kəsik, Bakı-Köçərli-Balakən sərnişin qatarları mənzil başına çatıb. Bakı-Tbilisi sərnişin qatarı isə müəyyən gecikmə ilə Bakı sərnişin stansiyasına qəbul olunacaq.

Bəzi qısamüddətli gecikmələri nəzərə almasaq, qatarların qəbulu və yola salınması müəyyən olunmuş qrafikə əsasən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti