...

Təhsil naziri: Azərbaycanda İKT sahəsində səriştəli kadrların çatışmazlığı var

Cəmiyyət Materials 8 Fevral 2014 13:17 (UTC +04:00)
Azərbaycanda hazırda İKT sahəsində səriştəli kadrların çatışmazlığı hiss edilir. Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "İKT ili" ilə bağlı keçirdiyi konfransda çıxışı zamanı deyib.
Təhsil naziri: Azərbaycanda İKT sahəsində səriştəli kadrların çatışmazlığı var

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda hazırda İKT sahəsində səriştəli kadrların çatışmazlığı hiss edilir. Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "İKT ili" ilə bağlı keçirdiyi konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, İKT üzrə beynəlxalq standartlara cavab verən rəqabətqabiliyyətli kadr hazırlamaq, bu prosesə dünyanın aparıcı mütəxəssislərini və universitetlərini aktiv cəlb etmək məqsədilə Azərbaycan Diplomatik Akademiyası və İnformasiya Texnologiyaları İnstitutunun bazası əsasında ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığına, ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan ADA Universiteti yaradılıb: "Düşünürəm ki, digər sahələrdə olduğu kimi, informasiya texnologiyaları sahəsində də ADA Universiteti öz bəhrəsini verəcək, Azərbaycanda İKT üzrə yüksək hazırlıqlı kadrlar yetişdirəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti