...

"Aqrolizinq" ASC-nin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb

Cəmiyyət Materials 11 Fevral 2014 16:35 (UTC +04:00)
"Aqrolizinq" ASC-nin Şəki regional loqistik bazasının vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb.
"Aqrolizinq" ASC-nin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir İ.İzzət/

"Aqrolizinq" ASC-nin Şəki regional loqistik bazasının vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Aqrolizinq" ASC-nin Şəki regional loqistik bazasının vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə dair Hesablama Palatasından daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb.

Aparılmış araşdırmalarla qeyd edilən müəssisənin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək kənd təsərrüfatı üçün nəzərdə tutulmuş texnikanın icarəyə verilməsi, satılması, həmçinin göstərilən xidmətlərə görə yığılan pul vəsaitinin kassaya mədaxil edilməməsi, həmçinin yol verdikləri digər qanun pozuntuları nəticəsində dövlətə külli miqdarda ziyan vurmalarında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti