...

Bakıdakı 17 saylı cəzaçəkmə müəssisəsində sanitar qovşaqların sayı yetərli deyilmiş

Cəmiyyət Materials 14 Fevral 2014 16:41 (UTC +04:00)
Milli Preventiv Qqrupun (MPQ) üzvləri 17 saylı cəzaçəkmə müəssisəsində araşdırma aparıblar. Başçəkmə zamanı MPQ üzvlərinin tövsiyəsindən sonra müəssisə rəhbərliyi ilə karantində olan sanitar qovşaqların sayının artırılması razılaşdırılıb.
Bakıdakı 17 saylı cəzaçəkmə müəssisəsində sanitar qovşaqların sayı yetərli deyilmiş

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir İ.İzzət/

Milli Preventiv Qqrupun (MPQ) üzvləri 17 saylı cəzaçəkmə müəssisəsində araşdırma aparıblar. Başçəkmə zamanı MPQ üzvlərinin tövsiyəsindən sonra müəssisə rəhbərliyi ilə karantində olan sanitar qovşaqların sayının artırılması razılaşdırılıb.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın ünvanına daxil olmuş müraciətlərin yerində araşdırılması məqsədilə Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı cəzaçəkmə müəssisəsinə qısamüddətli başçəkmə həyata keçiriblər.

Başçəkmə zamanı bu müəssisədə cəza çəkən bir sıra məhkum, o cümlədən Hilal Məmmədov qəbul edilib, onlara hüquqları, daxili rejim qaydaları və Ombudsmanın səlahiyyətləri izah olunub.

Habelə Ombudsmanın nümayəndələri 17 saylı cəzaçəkmə müəssisəsinin cərimə təcridxanasında saxlanılan şəxslərin saxlanılma şəraiti və onlara qarşı rəftarla bağlı mövcud vəziyyəti öyrəniblər.

Cəzaçəkmə müəssisəsinin tibb-sanitar hissəsində hazırda əsaslı təmir işlərinin davam etdirildiyi, palataların sayının artırıldığı, yeni stomatoloji kabinetin tikildiyi müəyyənləşdirilib.

Məhkumların qaldırdığı məsələlər müəssisə rəhbərliyinin diqqətinə çatdırılıb və saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı həmin müəssisənin rəhbərliyinə digər tövsiyələr də verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti