...

Mayın 16-da tələbə və məzunlar üçün əmək yarmarkası keçiriləcək

Cəmiyyət Materials 13 May 2014 15:06 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə növbəti aktiv məşğulluq tədbirini mayın 16-da Qafqaz Universitetində keçirəcək.
Mayın 16-da tələbə və məzunlar üçün əmək yarmarkası keçiriləcək

Azərbaycan, Bakı, 13 may /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə növbəti aktiv məşğulluq tədbirini mayın 16-da Qafqaz Universitetində keçirəcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirin məqsədi tələbələrlə, xüsusən ali təhsil ocaqlarını bitirərək əmək fəaliyyətinə başlamaq ərəfəsində olan məzunlarla işəgötürənlər arasında əlaqələrin yaradılmasına xidmət edir.

Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda fəaliyyət göstərən dövlət və qeyri-dövlət müəssisələrinin, o cümlədən bir çox iri şirkətlərin nümayəndələri tədbirə dəvət olunacaq və onlara ixtisaslı kadrların seçiminin aparılması imkanı yaradılacaq.

Tədbirdə, həmçinin boş (vakant) iş yerləri tələbə və məzunların seçiminə təqdim olunacaq.

Cari ilin ötən dövründə "Odlar Yurdu" Universitetində və Azərbaycan Texniki Universitetində (Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbə və məzunlarının iştirakı ilə) keçirilən belə tədbirlərdə ümumilikdə 376 nəfər tələbə və məzuna boş iş yerlərinə göndəriş verilib, 45 nəfər peşə hazırlığına cəlb olunub, işəgötürənlər tərəfindən 1220 nəfər tələbə və məzundan şəxsi məlumatlar (CV) qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti