Azərbaycan, Bakı, 19 may /Trend/
"Parlaq Zəka" intellekt şousunun ikincı 1/4 final mərhələsinin oyunu keçirildi.
Bu həftə zəkalar qüvvələrini "Hacıbəyovlar" mövzusunda sınadı. Gövhər Ağazadə, Günəş Nağıyeva və Fərahim Hüseynzadənin yarışdığı üçlükdə qələbəni Bakı Dövlət Universitetinin tələbəsi Fərahim Hüseynzadə bayram etdi. Layihənin rəhbəri və aparıcısı Aydın Piriyevin sözlərinə görə, qələbə sarı yolda oynayan Fərahim üçün heç də asan olmadı.
Günəş və Gövhər layihənin tapıntıları hesab olunur və əvvəlki oyunlarda favorit gözü ilə baxılan iştirakçılar üzərində qazandıqları qələbələr tamaşaçılarda böyük maraq oyadıb.
Synergy Group-un sponsorluğu, Şəmkirdə yerləşən Zəka intellektual Gənclər Mərkəzi və Azərbaycan Universitetinin təşkilatı dəstəyi ilə yayımlanan "Parlaq Zəka" intellekt şousuna respublikanın əksər bölgələrindən ümumilikdə 60 tələbə qoşulsa da, onlardan sadəcə 3-ü bu möhtəşəm imkandan öz bilik və ağılları hesabına yararlana biləcək. Belə ki, birinci yerin sahibi 5 illik qüvvəsi olan 40.000 AZN dəyərində təhsil haqqı, ikinci yer 30.000, üçüncü yer isə 20.000 AZN-lik təhsil haqqı qazanacaq.
"Parlaq Zəka" hər bazar günü AzTV kanalının efirində saat 11:00-da yayımlanır. Təkrarı: cümə günü, saat 22:00
Onu da əlavə edək ki, may ayının 25-də Azərbaycan Universitetində "Parlaq Zəka"nın ikinci mövsümü ilə bağlı yazılı seçim keçiriləcək. Seçimə bakalavr pilləsində təhsil alan bütün tələbələr qoşula bilərlər. Əlavə məlumat əldə etmək üçün Facebook - Parlaq Zəka səhifəsinə müraciət etmək olar.