...

Türkiyə İşıklar Hərbi Liseyinin nümayəndə heyəti Azərbaycanda səfərdədir (FOTO)

Cəmiyyət Materials 21 May 2014 13:10 (UTC +04:00)
Azərbaycan ilə Türkiyə arasında 2014-cü il üçün illik hərbi əməkdaşlıq Planına uyğun olaraq Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) İşıklar Hərbi Liseyinin nümayəndə heyəti ölkəmizə tanışlıq səfərinə gəlib.
Türkiyə İşıklar Hərbi Liseyinin nümayəndə heyəti Azərbaycanda səfərdədir (FOTO)

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir İ.İzzət/

Azərbaycan ilə Türkiyə arasında 2014-cü il üçün illik hərbi əməkdaşlıq Planına uyğun olaraq Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) İşıklar Hərbi Liseyinin nümayəndə heyəti ölkəmizə tanışlıq səfərinə gəlib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, səfər çərçivəsində qonaqlar mayın 20-də Cəmşid Naxçıvanski adına Hərbi Liseydə olublar. Türkiyə nümayəndə heyəti Hərbi Liseyin komandanlığı ilə görüşüb, məktəbin ərazisi, tədris korpusları, inzibati və yardımçı binalarla, liseyin muzeyi ilə tanış olub, kursantlarla birlikdə nahar ediblər.

Səfər mayın 23-də sona çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti